Emin Mahmudov millidən uzaqlaşdırıldı

14.11.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Manset.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Emin Mahmudov zədələndiyi üçün millinin düşərgəsini tərk edib. Onun əvəzinə “Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb. 

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью