Emin Mahmudov millimizin heyətindən çıxarıldı

14.11.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.

Axar.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yerinə “Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət edilib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью