Emin Mahmudov millimizin heyətindən çıxarıldı Yeni Sabah

14.11.2024

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.

Yenisabah.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onun əvəzinə “Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью