Emin Mahmudov millinin heyətindən çıxarıldı

14.11.2024

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin üzvü Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.

Moderator.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onun əvəzinə “Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli dəvət alıb.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, bundan 3 gün sonra isə Solnada İsveç milliləri ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью