Emin Mahmudov millinin heyətindən çıxarıldı

14.11.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin üzvü Emin Mahmudov komandanın heyətindən çıxarılıb.

QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi zədəli olduğu üçün millinin düşərgəsini tərk edb.

Onun əvəzinə “Zirə"nin yarımmüfadiəçisi İsmayıl İbrahimli yığmaya dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью