Emin Mahmudov: “Mütləq qələbə qazanmalıyıq”

30.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov UEFA Millətlər Liqasında sabah Lixtenşteynə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, kapitan əvvəlcə fikirlərini bölüşdü:

– Bizim üçün vacib oyun olacaq. Qalib gəlməliyik. Əlimizdən gələn hər şeyi edəcəyik ki, qələbə qazanaq.

– “Rəqib zəifdir və qələbə qazanmağa məcburuq” fikirləri var. Bu, gərginlik yaratmır?
– Gərginlik yox, məsuliyyət var. Ukrayna, Fransa kimi rəqiblərlə matçlarda da bizdən qələbə gözləmirdilər, yaxşı oyun istəyirdilər. Amma sabah mütləq qələbə qazanmalıyıq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью