Emin Mahmudov rekordçu oldu

07.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.

Bu, Azərbaycan Premyer Liqasının XXXVI turunda rəsmiləşib. “Sabah”la ev oyunu Eminin “Neftçi”də 183-cü çempionat matçı olub.

O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi “Neftçi”də 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ XXXI turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”də forma geyinən Emin 183 görüşdə 41 qola imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью