Emin Mahmudov üçün il başa çatıb?

11.12.2024

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Emin Mahmudov "Kəpəz"lə keçiriləcək qarşılaşmada iştirak etməyəcək". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin mətbuat katibi Asəf Zeynallı deyib.
Klub rəsmisi həmçinin Mahmudovun ilin sonuncu matçı olan "Turan Tovuz"la oyunda da iştirak edib-etməyəcəyinin hələ məlum olmadığını vurğulayıb: "Yarımmüdafiəçi hazırda müalicəsini davam etdirir. Hələ ki, məşqlərdə iştirak etmir. "Kəpəz"lə baş tutacaq oyunda meydana çıxa bilməyəcəyi dəqiqdi. İlin sonuncu matçı olan "Turan Tovuz"la da oyunda isə iştirakı məlum deyil".

Qeyd edək ki, təcrübəli futbolçu artıq bir müddətdi ki, zədə səbəbindən kollektivdən ayrı düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью