Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığmanın heyətində sonuncu oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin vida matçı Andorra ilə keçirilən yoldaşlıq görüşünə təsadüf edib.
Qarşılaşmadan əvvəl AFFA-nın baş katibi Cahangir Fərəcullayev Emin Mahmudova xatirə hədiyyəsi və 66 nömrəli forma təqdim edib.
2016-cı ildən Azərbaycan millisində çıxış edən Mahmudov yığmada debütünü DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə görüşdə edib. Həmin qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Kapitan millinin heyətində keçirdiyi 65 oyunda 15 qol vurub. O, bu göstərici ilə Qurban Qurbanovun rekordunu yeniləyərək Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu olub.