Emin Mahmudova xatirə forması təqdim olundu

16.11.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Andorra və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunundan əvvəl millimizin kapitanı Emin Mahmudova xatirə hədiyyəsi təqdim olunub. Sport24.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli komandanın heyətində son oyununa çıxacaq Emin Mahmudova 66 nömrəli xatirə forması təqdim edib.

Qeyd edək ki, daha əvvəl milli komandadakı karyerasını başa vurduğunu açıqlayan Mahmudov üçün bu qarşılaşma yığmanın heyətində 66-cı oyun olacaq. Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisinin formasını geyinirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью