Emin Mahmudovdan Lixtenşteynlə oyunöncəsi AÇIQLAMA

30.09.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Lixtenşteyn matçından əvvəl təşkil olunan mətbuat konfransında millimizin futbolçusu Emin Mahmudov deyib.

O bildirib ki, komandamız bu oyunda mütləq qələbə qazanmalıdır:

"Bu oyuna yaxşı hazırlaşmışıq. Bütün heyət olaraq üzərimizdə məsuliyyət var. Əvvəlki rəqiblərlə müqayisədə burada yalnız yaxşı oynamaq deyil, eyni zamanda qələbə qazanmaq da vacibdir".

Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının II qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.(oxu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью