Emin Mahmudovdan yeni xəbər var

27.03.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təxminən 10 gün əvvəl Misli premyer-liqasının 25-ci turunun "Kəpəz" - "Neftçi" matçında (1:0) ayağından zədə alan Emin Mahmudovun hələ müalicə aldığını, fərdi məşqlərə belə başlamadığını xəbər vermişdik.

Bu gün təcrübəli futbolçunun durumuyla yenidən maraqlandıq. "Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının "Football-plus.az"a cavabı:

"Emin Mahmudov artıq komandayla birgə məşqlərə qoşulub. Vəziyyəti normaldı".


Xatırladaq ki, bakılıların futbolçusu sözügedən zədə üzündən millimizin Haiti və Belarusa qarşı keçirdiyi beynəlxalq yoldaşlıq oyunlarında iştirak edə bilməyib.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью