Emin Mahmudovu millidə o əvəzləyəcək

14.11.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Millətlər Liqasında noyabrın 16-da Qəbələdə Estoniya yığması,19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb.

Onun əvəzinə yığmaya “Zirə"nin yarımmüfadiəçisi İsmayıl İbrahimli çağırılıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью