Emin Mahmudovun qolu tarixə düşdü

11.02.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Neftçi" Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub. sport24.az xəbər verir ki, bu topa Emin Mahmudov imza atıb.

O, Misli Premyer Liqasının XXII turunun "Zirə" ilə görüşündə hesabı açıb. 2:1 hesabı ilə qalib gələn "ağ-qaralar" rəqib meydanlarındakı 467-ci oyunda 651-ci qola da imza atıb.

Qeyd edək ki, ölkə çempionatlarında yalnız "Qarabağ" səfərdə daha çox qol vurub – 660 top.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью