Emin Milli Hikmət Hacıyevlə görüşdü

20.10.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyada yaşayan azərbaycanlı ictimai fəal Emin Milli Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Azpost.info bildirir ki, bu barədə Emin Milli bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

“Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşməkdən məmnun oldum”, – deyə Emin Milli qeyd edib.

Paylaşımda görüşün digər detalları barədə məlumat verilməyib.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью