Emin övladlarını hansı sahədə görmək istəyir? Məsləhətim...

01.04.2025

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Emin Ağalarov sosial media hesabında ona ünvanlanan sualları cavablayıb.

Ölkə.Az-ın məlumatına görə, ifaçı əkizləri Əli və Mikayılın hansı peşəni seçəklərinə aydınlıq gətirib.

"Hələ belə bir seçim etməyiblər. Hazırda təhsil alırlar, xarici dil öyrənirlər. Onlara məsləhət görmüşəm ki, makro-mikroekonomika, menecment, maliyə və biznes sahələri üzrə kurslara yazılsınlar. Çünki gələcəkdə onlara faydalı ola bilər" deyə, o, bildirib. 

Qeyd edək ki, Eminin Əminə və Afina adlı iki qız da övladı var.//Axşam.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью