Emin sürücüyə kömək etdi, sonra irad bildirdi Video

29.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Emin Ağalarov "Sea Breeze"də keçirilən festival zamanı yaranan tıxacla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə yayımladığı videoda yolda hərəkət etməkdə çətinlik çəkən sürücüyə kömək etdiyi anları göstərib. Emin avtomobilin rahat hərəkət etməsi üçün sürücüyə istiqamət verib.

O, daha sonra tıxacların yaranma səbəbləri ilə bağlı fikirlərini bölüşüb:

"Siz yolun ortasında dayananda hər şey iflic olur. Tıxac yollarımızın çatışmazlığından yaranmır. Tıxac bəzi sürücülərin yolun ortasında dayanmaq qərarına gəlməsinə görə yaranır. Amma biz onlarla söhbət edəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью