Emin Zamanov Xankəndi ilə oyun barədə nə danışdı?

16.09.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

1-ci Liqanın ilk 2 turunda 1 xal qazana bilən MOİK növbəti çempionat matçını qonaq qismində "Xankəndi"yə qarşı keçirəcək. 

"Hərbçilər"in hücumameyilli yarımmüdafiəçisi  Emin Zamanov "Şimal"la oyunda qazandıqları xal barədə fikirlərini Fanat.Az-a bölüşüb:

"Çempionatın ilk oyunları hər zaman ağır, gərgin olur. "Şimal" əzmkar, döyüşkən komandadır. Şanslarımızdan istifadə etsəydik, qələbə də qazana bilərdik. Amma bu, futboldur. Olmayanda olmur. İrəlidəki oyunlara baxacağıq. Xallar qazanaraq məğlubiyyətləri kompensasiya etməliyik". 

Ötən mövsüm "Şəfa"nın sıralarında çempionluq sevinci yaşayan futbolçu "Xankəndi" ilə Şamaxıda reallaşacaq dueldən nə gözlədiyini də açıqlayıb: 

"Xankəndi" də əzmkar, hörmətəlayiq komandadır. Rəqib necə oynamaq lazım olduğunu bilir. Maraqlı oyun olacaq. Meydanda maksimum nəticə uğrunda mübarizə aparacağıq. Əlimizdən gələni artıqlamasıyla edib qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Xankəndi" - MOİK oyunu sentyabrın 18-də baş tutacaq. Matçın start fiti 16:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью