Emindən Formula 1 lə bağlı yeni məlumat Video

24.09.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Emin Ağalarov Formula 1 Azərbaycan Qran-Prisinin gələcəkdə Bakının mərkəzindən “Sea Breeze” ərazisinə köçürülməsi ehtimalı haqda video paylaşıb. 

Axşam.az xəbər verir ki, müğənni paylaşdığı videoaçıqlamada bununla bağlı işlərə başlanıldığını bildirib. Emin bildirib ki, uzun müddətdir sahibi olduğu yaşayış kompleksində Formula 1 yarışı üçün xüsusi trasın inşa olunacağı ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, layihənin reallaşdırılması üçün Formula 1 traslarının layihələndirilməsi ilə məşğul olan şirkətlə də əlaqə yaradılıb. 

E.Ağalarov qeyd edib ki, 2030-2031-ci illərə qədər trasın və ətraf infrastrukturun tikintisi mümkün olarsa, Formula 1 yarışlarının “Sea Breeze”də keçirilməsi nəzəri olaraq mümkündür:

“Hazırda bununla bağlı konkret razılaşmalar yoxdur. Amma bizim belə bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula 1 uzaqda deyil”.

Emin həmçinin oyunların həmin ərazidə necə görünə biləcəyi görüntüləri də yayımlayıb. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью