Əminə Ərdoğan: COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür

12.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

COP29 Liderlər Sammiti həmrəyliyin və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyi altında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin ümumi evimiz olan Yer planetinə fayda gətirməsini arzu edirəm. Bu sammit sərhədləri aşan həmrəyliyin və təbiət və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür", - o yazıb.

Ə.Ərdoğan, həmçinin Bakı konfransının daha ədalətli dünyanın qurulmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью