Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, hadisə sammit zamanı keçirilən rəsmi qarşılanma mərasimində baş verib və canlı yayım kameraları tərəfindən qeydə alınıb. Kadrlarda Makronun əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğanla əl sıxdığı, daha sonra isə Əminə Ərdoğana yaxınlaşaraq onun əlini öpməyə cəhd etdiyi görünür.
Lakin Fransa prezidentinin dodaqları Əminə Ərdoğanın əlinə yaxınlaşdığı anda o, əlini aşağı çəkərək bu jestə imkan verməyib. Bundan sonra tərəflər qısa salamlaşma ilə kifayətləniblər.
Hadisənin görüntülərinin bir hissəsi Fransanın BFM TV telekanalı tərəfindən yayımlanıb.
Qeyd edək ki, Ankarada keçirilən NATO sammitinin son 20 ildə təşkil olunan ən qısa sammitlərdən biri olduğu bildirilir. Tədbirin proqramına iyulun 7-də işçi şam yeməyi, iyulun 8-də isə bir plenar iclas daxil edilib.
Bizimyol.info