Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım edib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

12.11.2024

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər liderlərin xanımları ilə Bakıda COP29 çərçivəsində görüşlə bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan "X"də yazıb.

"Daha yaxşı dünya üçün ən böyük təminatımız olan gənclərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində hazırladıqları layihə haqqında təqdimatları dinlədik. Həmçinin sıfır tullantı layihəsi ətrafında aparılan işləri paylaşdım.

Qlobal Sıfır Tullantı hərəkatı bizə dünyamızı bizdən sonrakı nəsillər üçün qorumaq məsuliyyətimizi xatırladan güclü bir dəvətdir. Bu dəvətdə iştirak edən, Qlobal Sıfır Tullantıların Xoşməramlı Bəyannaməsini imzalayan və "ZeroWaste" ailəsinə qoşulan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.

Ümid edirəm ki, gənclərin rəhbərliyi altında təmiz və davamlı gələcəyə doğru birlikdə irəliləyəcəyik", - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью