Əminə Ərdoğan Mehriban Əliyeva ilə görüşündən paylaşım etdi FOTO

12.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Prezidentinin xanımı, əziz dostum Mehriban Əliyevanın ev sahibliyi ilə Bakıda keçirilən “İqlim Hərəkatının Gənclər Proqramı”nda liderlərin xanımları ilə görüşdük. Daha yaxşı bir dünya üçün ən böyük təminatımız olan gənclərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində hazırladıqları layihə haqqında təqdimatlarını dinlədik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər liderlərin xanımları ilə Bakıda COP29 çərçivəsində görüşlə bağlı paylaşımında qeyd edib.
Türkiyənin birinci xanımı qeyd edib ki, görüş çərçivəsində sıfır tullantı layihəsi ətrafında aparılan işləri paylaşıb:
“Qlobal Sıfır Tullantı hərəkatı bizə dünyamızı bizdən sonrakı nəsillər üçün qorumaq məsuliyyətimizi xatırladan güclü bir dəvətdir. Bu dəvətdə iştirak edən, Qlobal Sıfır Tullantıların Xoşməramlı Bəyannaməsini imzalayan və "ZeroWaste" ailəsinə qoşulan hər kəsə ürəkdən təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, gənclərin rəhbərliyi altında təmiz və davamlı gələcəyə doğru birlikdə irəliləyəcəyik".




Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью