Əmine Ərdoğan Vatikanda Papa XIV Leo ilə görüşüb

02.07.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Papa Sosial Elmlər İnstitutunda keçiriləcək “Qardaşlığa əsaslanan iqtisadiyyat: Etik çoxtərəflilik” adlı tədbirdə çıxış etmək üçün Vatikanda olan Əminə Ərdoğan Vatikan Apostol Sarayında Papa XIV Leo ilə də görüşüb.

Bizimyol.info Görüşdə, Qəzzadakı insanlıq dramı, iklim dəyişikliyi, İslamofobiya və irqçiliyə qarşı mübarizə və ailənin cəmiyyətdəki rolu müzakirə edilib.

Ərdoğan, Papa XIV Leoya Qəzzadakı insani yardım və qalıcı atəşkəs məsələsində xristiyan dünyasının daha fəal olmağını təklif edib. O, həmçinin Faləstin üçün iki dövlətli həllin sürətlə tətbiq olunmasının vacibliyini vurğulayıb.

İqlim dəyişikliyinə qarşı mübarizədə “Sıfır Tullantı” hərəkatı ilə əlaqədar işbirliyini müzakirə edən Əminə Ərdoğan, Vatikan ilə bu sahədə güclü əməkdaşlıq potensialı olduğuna inandığını deyib.

Görüşdə İslam düşmənliyi, irqçilik və aşağılamanın artması da müzakirə olunub. Papa XIV Leo Türkiyənin Orta Şərqdə sülh üçün mühüm bir səslə çıxış etdiyini və yaxın zamanlarda birinci xarici səfərlərindən birini Türkiyəyə etməyi düşündüyünü bildirib.

Ərdoğan, görüşü sosial medyada belə şərh edib: "Görüşdə, Qəzzadakı insanlıq dramı, iki dövlətli həll və iqlim dəyişikliklərinə qarşı əməkdaşlıq məsələlərini müzakirə etdik".

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью