“Əminəm ki, Avropa Liqasında yaxşı işlər görəcəyik”

16.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Beşiktaş”ın baş məşqçisi Vinçenso İtaliano Avropa Liqasında “Hoffenhaym”a qalib gəldikləri görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Turnirlə bağlı böyük hədəflərimiz var. İlk “8-lik”də olmasaq da, 24 komanda arasına düşəcəyik. Buna söz verirəm. Əminəm ki, Avropa Liqasında yaxşı işlər görəcəyik”.

“Beşiktaş” 2 turdan sonra 6 xalla 4-cü sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью