Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynaya son kütləvi hava hücumuna və Ukrayna Nazirlər Kabinetinin binasının vurulmasına baxmayaraq, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoya biləcəyinə əmin olduğunu deyir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp son açıqalmasında Kremlin hərəkətlərindən narazı olduğunu ifadə etsə də, sülhə inandığını qeyd edib: “Bütün bu vəziyyətdən razı deyiləm. Orada baş verənlərdən razı deyiləm. Mən bunun həll olunacağına inanıram. Əminəm ki, həll edəcəyik".
ABŞ Prezidenti həmçinin əlavə edib ki, Avropa dövlətlərinin başçıları Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar üçün bazar ertəsi və çərşənbə axşamı ayrı-ayrılıqda Vaşinqtona səfər edəcəklər.
Tramp onu da qeyd edib ki, yaxın vaxtlarda Vladimir Putinə növbəti dəfə zəng etmək niyyətindədir.
“AzPolitika.info”