Əminəm ki, Real ... Robert Levandovski proqnoz verdi

03.06.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Barselona"nın hücumçusu Robert Levandovski "Real Madrid"in yeni baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında növbəti mövsüm daha güclü olacağını bildirib.

Fanat.Az xəbər verir ki, 36 yaşlı polşalı forvardın sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Xabi məşqçi karyerasının başlanğıcındadır. Düşünürəm ki, o, "Real"a yeni nəsə verəcək. Həmişə bilirdim ki, Alonso məşçi olacaq. İndi də əminəm ki, "Real" yenidən təhlükəli komandaya çevriləcək".

Xatırladaq ki, Alonso "Bayer Leverkuzen"dən ayrılaraq Braziliya millisinə baş məşqçi təyin edilən Karlo Ançelottinin yerini tutub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью