Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə çempionatının 1-ci liqasında 9-cu turun oyunları yekunlaşıb.
Turnir cədvəlinə başçılıq edən “Qəbələ” indiyə qədər nə məğlubiyyət alıb, nə də qapısında qol görüb.
Hazırda ən yaxın rəqib “Karvan”la arada 4 xallıq fərq var. Ötən tur yevlaxlılar evdə “qırmızı-qaralar”a uduzmaqla liderliyi onlara buraxdı.
Belə ehtimal var ki, “Qəbələ” bu gedişlə mövsümün sonuna xeyli qalmış elitaya vəsiqəni təmin edəcək.
Futbol veteranı Bəxtiyar Musayev “Football-plus.az”a açıqlamasında durumu belə dəyərləndirdi: “Qəbələ” həm şərait, həm də göstərdiyi oyun baxımından başqalarından üstündü.
“Karvan” da mübarizə aparırdı. Amma ötən turdakı qalmaqallı oyunda bir sıra aparıcı oyunçuları da qırmızı vərəqə aldı.
Onsuz da “Qəbələ” favorit idi, işi bir qədər də rahatlaşdı. Qapısından top da buraxmayıb.