Əmioğlular arasında qız üstündə ATIŞMA: 2 qardaş öldü

06.11.2024

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə əmioğluları arasında silahlı insident olub.

Moderator.az lent.az-a istinadla xəbər verir ki, hadisə Qaziantep rayonunu Şahinbəy qəsəbəsində baş verib.

Qız almaq üstündə əmioğlular arasında əvvəlcə mübahisə başlayıb. Sonradan mübahisə böyüyüb və silahlı insidentə çevrilib. Nəticədə 4 nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yaralılardan Mehmet Kerenin öldüyünü müəyyən ediblər. İkisi ağır 3 yaralı isə xəstəxanaya aparılıb. Xəstəxanada yaralılardan Eyüp Kereni də xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən iki qardaşın meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью