“Emirates” ABŞ reyslərində yeni təyyarəyə keçir

05.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Emirates” aviaşirkəti noyabrın 1-dən ABŞ-a uçuşlarında Airbus A350 təyyarələrindən ilk dəfə istifadə etməyə başlayacaq. Yeni təyyarə Dubay – Orlando marşrutunda gündəlik reyslər həyata keçirəcək.

Airbus A350 bu marşrutda hazırda istifadə olunan Boeing 777-ni əvəz edəcək. Təyyarədə 32 biznes, 28 premium ekonom və 238 ekonom sinif oturacağı olacaq.

Yeni xidmət “Emirates”in ABŞ istiqamətində Premium Economy sinfini də genişləndirəcək. Sərnişinlər daha geniş oturacaqlar, əlavə rahatlıq imkanları və yenilənmiş əyləncə sistemlərindən yararlana biləcəklər.

Səadət Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью