“Emirates” iki illik fasilədən sonra İsrailə uçuşları bərpa edəcək − KİV

02.02.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) flaqman aviadaşıyıcısı olan “Emirates”, iki illik fasilədən sonra yaxın aylarda İsrailə uçuşları bərpa etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, aviaşirkət Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları bərpa etməyə hazırlaşır.
Aviadaşıyıcısı Qəzza zolağında münaqişənin kəskinləşməsindən sonra 2023-cü ilin oktyabr ayında İsrailə uçuşları dayandırıb. Agentliyin mənbələri qərarın qəti olmadığını və bölgədəki yeni gərginliyin qərara təsir edəcəyini qeyd ediblər. “Emirates” nümayəndələri həmçinin bildiriblər ki, hazırda uçuşların bərpası ilə bağlı konkret planlar yoxdur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью