“Emirates” İraqa uçuşlara məhdudiyyətləri uzadıb

30.11.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Dubayda qərarlaşan “Emirates” aviaşirkəti Bağdada uçuşların ləğvini dekabrın 14-dək uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında məlumat verilib.

“Emirates”in Bağdada və geriyə uçuşları 14 dekabr 2024-cü il tarixinədək (daxil olmaqla) ləğv edilib”, – bəyanatda qeyd olunub.

Bildirilib ki, Dubay – Bağdad marşrutu üzrə uçuşları büdcə aviaşirkəti olan “Flydubai” həyata keçirir.

“Emirates” həmçinin xatırladıb ki, Beyruta uçuşlara məhdudiyyətlər 31 dekabr tarixinədək (daxil olmaqla) qüvvədə qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью