Əmircan qəsəbəsində günlərdir su yoxdur

18.07.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi dalan 7-də 3 gündür su yoxdur.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, hər dəfə problem barədə müraciət olunsa da, heç bir nəticəsi yoxdur.

"Qeyd edilən ərazidə təzyiqlə bağlı problem yaşanır. Hal-hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Günün sonu ərazi su ilə təmin olunacaq. Yaranmış narahatlığa görə üzr istəyirik", - deyə şikayətlərində bildiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью