Əmircanovdan Ronaldo müqayisəsi: “O da 41 yaşında oynayır…”

19.05.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Zəngəzur” Region Liqasının qalibi olub.

Futbolpress.az xəbər verir ki, komanda həlledici matçda “Marafon”a qalib gəlib – 2:1.

“Zəngəzur”un təcrübəli futbolçusu Ruslan Əmircanov görüşdən sonra fikirlərini bölüşüb:

“Ronaldo da 41 yaşında oynayır… Canında varsa, niyə yox? Elə adamlar var ki, futbolçu karyerasını bitirəndən sonra uzaq qala bilir, amma mən yox. Daim məşq edirəm. “Zəngəzur”dan təklif olundu ki, gəlib həm məşqçi, həm də futbolçu kimi kömək edim. Bizə inananların inamını doğrultduq. Medalları da doğmalarımıza həsr edirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью