Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Lənkəranda qətl hadisəsi baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Səbziyevin meyiti otlaq sahəsində aşkarlanıb.
Məlumata görə, o, mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib.
Gecə olsa da, onun sahədən qayıtmadığını görən yaxınları axtarış zamanı V.Səbziyevin meyitini sahədə yol üstündə aşkarlayıb.
Kəsici-deşici alətlə öldürülən V. Səbziyevin qətlinin kim və ya kimlər tərəfindən törədilməsi məlum deyil.
Faktla bağlı rayon prokrorluğunda araşdırma başlanılıb. *** Qafqazinfo-nun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bil
O, istintaqa təhvil verilib. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual m