Əmisinin baltaladığı 14 yaşlı oğlanın son durumu

03.02.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb. 

Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 17:00 radələrində xəsarət alması səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacıya əmiləri tərəfindən balta xəsarəti yetirilib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью