Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pitsburq Universiteti (University of Pittsburgh) “Women`s Health Initiative” ictimai təşkilatı menapauza (aybaşının dayanması) dövründə qadınların sağlamlığınınvəziyyətini araşdırmaq məqsədilə139 min qadının xəstəlik tarixi ilə tanışolaraq, belə bir qənaətə gəlib ki,əmizdirmənin müddəti qadının sağlamlığıilə birbaşa əlaqədardır.
Beləki, 1 ildən artıq müddətdə əmizdirən qadınlarda diabet xəstəliyinin meydanaçıxma ehtimalı 20 %–ə, hipertoniyaehtimalı 12 %–ə, qanda xolesterininmiqdarının artma ehtimalı 19 %–ə, insult riski isə 9 %–ə düşüb.
Dünya həkimləri bu qənaətə gəliblər ki, ana südü körpə üçün ən sağlam qida olmaqla yanaşı, hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklərin doğuşdan sonra tez bir zamanda bərpa olunmasının ən faydalı yoludur.
ƏMİZDİRMƏ PROSESİ Uşaqlığın qısa zamanda normal ölçüyə qayıtmasına; Döş və yumurtalıq xərçəngi riskinin azalmasına; Gün ərzində 500 -1500 kalorinin itirilməsinə; Yaşlı dövrdə güclü sümüklərə, sidik yolları infeksiyasının profilaktikasına səbəb olur və bir çox analara təbii kontrasepsiya kimi yardım edə bilir.
Təəssüflər olsun ki, nəinki Azərbaycanda hətta bütün dünyada əmizdirən ana haqqında heç bir kliniki və ya laboratoriya araşdırmasına əsaslanmayan, bir sıra yanlış məlumatlar mövcuddur.
Bu sayımızdakı məqaləmiz məhz bu yanlış məlumatlardan ən geniş yayılanlarına həsr olunub. 1.
DÖŞLƏR HAQQINDA YANLIŞ MƏLUMAT “Hər ananın döşləri süd istehsal edə bilmir” anlayışı cəmiyyətimizdə geniş yayılıb.