Əmlak bazarında durğunluq hökm sürür Nə baş verir?

16.01.2025

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Əmlak bazarında alqı-satqı prosesində durğunluq hökm sürür".

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. 

Onun sözlərinə görə, bunun səbəbi ipoteka kreditlərinin verilməsinin azalmasıdır:


"Dekabr ayının 2-ci yarısından ipoteka kreditlərinin verilməsi kəskin azalıb. Yəni, banklar büdcəni istifadə ediblər. Ötən il dekabr ayında artıq ipotekaların verilməsi dayandı, yanvar-fevral ayında durğunluq baş verdi. Bunun nəticəsində ölkədə qiymət artımı demək olar ki, dayandı. Fevral-mart ayında nisbətən aktivlik artdı. Amma bunun da ümum bazara təsiri olmadı".

Ekspert hazırda bazarda yanvar ayı ilə bağlı fikir bildirməkdə çətinlik çəkdiyini qeyd edib:

"Düşünülür ki, fevral ayının ikinci yarısından ipotekaların verilməsinə başlanıldıqdan sonra bazarda aktivlik yarana bilər. Bu, sırf ipotekayönlü əmlaklara aiddir".

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью