Əmlakı satışa çıxarılan keçmiş nazir danışdı KONKRET

02.02.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş əmlakı satışa çıxarılıb.

KONKRET.az manset.az-a istinadla xəbər verir ki, o bu barədə ətraflı danışmaq istəmədiyini bildirib:

“Mənə aid olan əmlak müsadirə olunub, satışa çıxarılıb, əlavə heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?” – sabiq nazir qeyd edib.

Xatırladaq ki, ümumilikdə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay onun 2 mənzili 490 min manata satışa çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью