Əmmanda İsrail səfirliyi qarşısında atışma: ölən və yaralananlar var

24.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyi yaxınlığında atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum zamanı səfirliyin 3 mühafizəçisinin yaralanıb, hücum edən şəxs isə öldürülüb.

"The Times of Israel" yazır ki, polis və həkimlər təcili olaraq İsrail səfirliyinin yerləşdiyi əraziyə gəliblər.

Mediada hüquq-mühafizə orqanlarının əməkdaşlarının əhaliyə müraciət edərək evlərini tərk etməmələri və cinayətkarların axtarışının davam etdiyi bildirilir.

İsrail hökumətinə qarşı tez-tez keçirilən nümayişlərdən sonra ABŞ səfirliyinin yaxınlığındakı ərazidə də təhlükəsizlik gücləndirilib.

Hazırda polis vəziyyəti izləyir.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью