Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misirə istirahətə yollanan müğənni Emma Ələkbərzadənin başına iş gəlib.
Axşam.az xəbər verir ki, sənətçi ayağını zədələyib. Bu haqda Ələkbərzadə özü məlumat yayıb.
"Sağ ayağımı becərib Bakıya qayıdırıq. İnşallah, sağ-salamat. Yaxşı ki, yanımda David (oğlu - red.) kimi kişi var. Onsuz yeriyə bilmərəm" deyə, Emma bildirib.
Qeyd edək ki, ifaçı övladı ilə birlikdə Şarm-Əl-Şeyxdə dincəlirdi.