Emmanuel Hakman: Biz heç kimin yanında deyilik MÜSAHİBƏ

01.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

"Turan Tovuz"un futbolçusu Emmanuel Hakmanın Sport24.az-a müsahibəsi

- Misli Premyer Liqasının 32-ci turunda "Şamaxı" ilə heç-heçə (1:1) etdiniz. Qələbə qazana bilməməyinizə nə mane oldu?

- Futbolda bəzən belə hallar olur. Rəqib yaxşı komandadır, həmin vaxt da yaxşı oynadılar. Sadəcə, biz səhvlərimizi düzəltməli və növbəti matça köklənməliyik.

- Növbəti turda "Zirə" ilə üz-üzə gələcəksiniz. Bu oyun haqqında nə deyə bilərsən?

- Digər matçlara necə yanaşırıqsa, bu görüşə də elə baxırıq. Qarşılaşmaya hazırıq.

- "Turan Tovuz"un cari mövsümdəki çıxışını necə dəyərləndirirsiniz?

- Komanda əla mövsüm keçirir. Hələlik bunu deyə bilərəm.

- Komanda üçüncü yeri tuta bilməsə, avrokuboklara vəsiqə kubokun nəticəsindən asılı olacaq. Bu, sizdə narahatlıq yaratmır?

- Biz heç kimin yanında deyilik. Qarşıda dörd oyunumuz var və hədəfimiz çox qələbə qazanmaqdır. Ondan sonra işlərin necə gedəcəyini görəcəyik.

- "Turan Tovuz"un növbəti mövsüm üçün hədəfləri nə olacaq?

- Diqqətimizi bu mövsümə yönəltmişik. Ona görə də hələlik növbəti mövsüm haqqında heç nə deyə bilməyəcəyəm.

- Klubdakı taleyinlə bağlı nə deyə bilərsən? Sənə yeni müqavilə təklif olunubmu?

Mənim və komandamın diqqəti hazırda liqaya yönəlib. Necə olacağını mövsümün sonunda baxarıq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью