“Emmi 2026” mükafatının qalibləri bəlli olub

15.09.2026

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Emmi-2026” mükafatının qalibləri bəlli olub

Los-Ancelesdə 78-ci “Emmi” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Gecənin əsas qalibi ümumilikdə 14 mükafat qazanan “Dul qadınlar körfəzi” serialı olub. Oxuməni.az xəbər verir ki, bu barədə Variety məlumat yayıb.

“Dul qadınlar körfəzi” ötənilki “Kinostudiya” serialının 12 heykəlcikdən ibarət rekordunu geridə qoyaraq, bir mərasim çərçivəsində ən çox mükafat qazanan serial olub. Serialın qazandığı mükafatlar arasında ən yaxşı komediya serialı, ən yaxşı kişi rolu (Metyu Riz), ikinci plan aktyor və aktrisa rolları, rejissor işi, ssenari və digər nominasiyalar yer alıb.

Riz həmçinin tarixdə bir gecədə iki əsas aktyor nominasiyasında “Emmi” qazanan ilk sənətçi olub. İkinci heykəlcik ona “İçimdəki canavar” mini-serialındakı roluna görə təqdim edilib.

Fəxri humanitar “Emmi” mükafatına “Gələcəyə qayıdış” filminin ulduzu Maykl C. Foks layiq görülüb. Mükafat ona Parkinson xəstəliyinin tədqiqinə verdiyi töhfələrə görə təqdim olunub. Foks ötən il Harrison Fordla birlikdə “Terapiya” serialında rol alaraq aktyorluğa qayıdıb.

“Emmi-2026” mükafatının əsas qalibləri:

• Ən yaxşı dram serialı:

“Pitt”

• Dram serialında ən yaxşı aktyor:

Noa Uayli — “Pitt”

• Dram serialında ən yaxşı aktrisa:

Rey Sihorn — “Çoxlarından biri”

• Dram serialında ikinci planda ən yaxşı aktyor:

Tom Pelfri — “Tapşırıq”

• Dram serialında ikinci planda ən yaxşı aktrisa:

Ellison Cenni — “Diplomat”

• Ən yaxşı komediya serialı:

“Dul qadınlar körfəzi”

• Komediya serialında ən yaxşı aktyor:

Metyu Riz — “Dul qadınlar körfəzi”

• Komediya serialında ən yaxşı aktrisa:

Cin Smart — “Hiylələr”

• Komediya serialında ikinci planda ən yaxşı aktyor:

Stiven Rut — “Dul qadınlar körfəzi”

• Komediya serialında ikinci planda ən yaxşı aktrisa:

Keyt O’Flinn — “Dul qadınlar körfəzi”

• Ən yaxşı mini-serial:

“GKS. Sent-Luis”

• Mini-serial/antologiya/televiziya filmində ən yaxşı aktyor:

Metyu Riz — “İçimdəki canavar”

• Mini-serial/antologiya/televiziya filmində ən yaxşı aktrisa:

Salli Fild — “Qeyri-adi dərəcədə ağıllı məxluqlar”

• Dram serialında ən yaxşı rejissor:

Sol Metzşteyn — “Yavaş atlar”

• Dram serialında ən yaxşı ssenari:

Vins Gilligan — “Çoxlarından biri”

•Komediya serialında ən yaxşı rejissor:

Hiro Murai — “Dul qadınlar körfəzi”

• Komediya serialında ən yaxşı ssenari:

Keti Dippold — “Dul qadınlar körfəzi”

78-ci “Emmi” mükafatlarının təqdimetmə mərasimi sentyabrın 14-də axşam Los-Ancelesdə, Bakı vaxtı ilə sentyabrın 15-nə keçən gecə keçirilib. Mərasim NBC telekanalı ilə canlı yayımlanıb və televiziya yayımı üçün xüsusi hazırlanmış musiqi nömrələri və qısa skeçlərlə müşayiət olunub. Mərasimə aktrisa Marişka Hargitay aparıcılıq edib.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью