Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İdman emosiyadır, ancaq onu idarə edəndə nəticə daha yaxşı olur. “Sabah”ın baş məşqqçisi Valdas Dambrauskas buna bariz nümunədir.
Səfərdə 1:2 hesabıyla məğlub olduğu “Orhus”u cavab qarşılaşmasında darmadağın edən (4:0) “bayquşlar”ın “sükançı”sı oyundan sonra, “Qələbəni necə qeyd edəcəksiniz?” sualına belə cavab verib:
“Məni nəyisə xüsusi qeyd edən görmüsünüz? Bu, bizim işimizdir”.
Uğuru gətirən əsas amil bu cür emosional balansdır.
Kiçik bir uğura ya hədsiz geniş don tikilir, ya da lazımsız aşırı təvazökarlıq qondarılır. O cür beyin/ruh ortabab imkanlarla geniş spektra çıxa bilməz.
Bu, işinizdir.
Sadə və dəqiq ifadə.
“Sabah”ın Dambrauskas dövründəki performansı da bu sadə və dəqiq yanaşmanın məhsuludur.
Ən müxtəlif taktiki gedişlər, standart vəziyyətlərdən istifadə texnikaları, gedişlər effektsiz olanda edilən rotasiyalar – Dambrauskasın futbolu ağıllı, hazırlıqlı, rəngarəngdir.
Çempionluğun ilk ilində Çempionlar Liqasının pley-off mərhələsinədək irəliləmək nadir nəticədir. Öyrəniləsi çox detal var – başda emosional balans…
Elçin Cəlilov