Emosional tükənmə depressiyaya səbəb olur

04.06.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Emosional tükənmə nəzərə çarpmadan inkişaf edir.  İnsan özünü yorğun, əsəbi hiss edir, o cümlədən digər insanlarla, hətta yaxınları ilə də ünsiyyət qurarmaqda çətinlik çəkir". 

"Unikal" xəbər verir ki, bunu rusiyalı psixoloq Anna Devyatka yerli KİV-ə açıqlamasında deyib.

Həkim izah edib ki, bu, depressiya üçün ilkin şərtdir. 

"Sonra əsəb tükənməsi gəlir: insanın yuxusu pozulur, əlləri titrəyir, əlindən əşyalar düşür. Bunların hamısı əsəb yorğunluğunun əlamətləridir. Yaxud da insan heç bir səbəb olmadan ağlaya bilər.  Və bu, insanın həyatını depressiv fonda rəngləndirir".

Psixoloq bildirib ki, belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью