Emrah Çelikel: Sevilya Qarabağa Juninyo ilə bağlı yeni təklif göndərməyib

23.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sevilya" "Qarabağ"a Juninyo ilə bağlı yeni təklif göndərməyib.

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş direktoru Emrah Çelikel deyib.

Klub rəsmisi braziliyalı hücumçunun İspaniya təmsilçisinə mümkün keçidi barədə danışıb:

"Hələ ki, xüsusi yenilik yoxdu. Qarşı tərəf futbolçumuz üçün yeni təklif irəli sürməyib. Yeni məlumat olacağı təqdirdə bunu hər birimiz biləcəyik".

Qeyd edək ki, bir müddət əvvəl "Sevilya" Ağdam təmsilçisinin forvardı Juninyo üçün rəsmi təklif göndərib. Tərəflər arasında ilkin danışıqlar uğursuz alınmışdı.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью