Emrah onlarla qonşu olacaq

22.12.2024

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəxsi təyyarəsi ilə dünya turuna çıxan türkiyəli sənətçi Emrahın Dubayda ev almaq istədiyi məlum olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sərmayələri ilə danışılan müğənni bu dəfə David-Viktoria Bekhem cütlüyü, Vill Smit, Madonna, Castin Biber kimi məşhurların da evinin olduğu lüks iqamətgahda özünə mənzil axtarıb.

İnvestisiya imkanları üçün peşəkarlarla işləyən Emrah bəyəndiyi evin ilkin müqavilələrini imzalayaraq prosesə başlayıb. Sənətçinin Dubaydakı evinin dəyərinin təxminən 3,5 milyon dollar olduğu bildirilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью