Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son turda ''Trabzonspor''dan 5 cavabsız qol buraxan ''Antalyaspor''un Aleks de Souza ilə yollarını ayırdığını xəbər vermişdik.
Komandanın baş məşqçisiz günləri elə də çox çəkməyib. ''Football-plus.az'' xəbər verir ki, rəhbərlik çərşənbə axşamı Əmrə Belözoğlunu danışı
Tərəflər elə ilk görüşdəcə anlaşmağa müvəffəq olublar. Rəsmi açıqlama da özünü çox gözlətmədi.
Klubdan verilən açıqlamada Belözoğlu ilə ilyarımlıq müqavilə imzalandığı qeyd olundu.
Futbolçu kimi ''Qalatasaray'' və ''Fənərbaxça''da böyük uğurlar qazanmış Əmrənin məşqçi karyerası hələ ki, istənilən səviyyədə alınmır.
Məşqçiliyə 2020/21-nin sonlarında ''Fənərbaxça''nın başında 10 oyun keçirməklə başlayan Belözoğlu əsas hədəfə çata bilməmiş və komandanı çempion etməyi bacarmamışdı.
Daha sonra ''İstanbul BŞ''nin başında 86 rəsmi oyuna çıxan və orta hesabla hər oyuna 1,78 xal qazanan Əmrə son olaraq ötən mövsüm ''Ankaragücü''də işləmişdi.