Əmrə Mor Fənərbağça dan ayrılır

25.11.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fənərbağça"da əsas heyətə düşə bilməyən və bu səbəbdən fərdi məşqlərini davam etdirən Türkiyə millisinin üzvü Əmrə Mor yanvar ayında komandadan ayrılacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 28 yaşlı futbolçu "Trabzonspor"la müqavilə bağlayacaq.

Məlumata görə, artıq Qara dəniz klubunun rəhbərliyi ilə Əmrə Morun meneceri arasında danışıqlar olub: "28 yaşlı futbolçunun özü də istanbul komandasından ayrılamaq istəyir deyə anlaşma rahat əldə olunub. Tərəflər yanvarda 2 illik müqaviləyə imza atacaqlar. Maaş məsələsi isə o vaxtə dəqiqləşəcək"

Fərid ASLAN
MİA.AZ

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью