Emre Mor Niderland klubuna keçdi Rəsmi

20.07.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Türkiyə millisinin sabiq üzvü Emre Morun yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, 27 yaşlı vinger Niderlandın "NEC Neymegen" klubu ilə 2 illik müqavilə imzalayıb.

Emre Mor son olaraq "Fənərbaxça"nın formasını geyinirdi. O, İstanbul təmsilçisində əsas heyətdə möhkəmlənə bilmədiyi üçün ötən mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.

Qeyd edək ki, Danimarkada dünyaya gələn Emre Mor karyerası ərzində "Nordsyelland", Dortmund "Borussiya"sı, "Selta", "Qalatasaray", "Olimpiakos", "Fatih Karagümrük", "Fənərbaxça" və "Eyüpspor"un formasını geyinib.
O, Türkiyə millisində keçirdiyi 15 oyunda 1 qol vurub.

De la Fuentedən tarixi rekord Malkom BƏƏ yolunda “Messinin göz yaşlarını görmək çox ağır idi” Yamal dünya futbolu tarixinə düşdü De la Fuente: “Hər şeyi qazandıq”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью